
Azərbaycanda bu sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verildi
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.
Bu barədə Valyuta.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, bunlar "VATT" MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsi üçün “Powerbank rental” layihəsi, "ALT SERVİCE" MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və "TECHFİN" MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir.
“Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.
İndiyə qədər KOBİA 14 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.
Mikro və kiçik sahibkarlar “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi əldə etmək üçün müraciət forması, lazım olan sənədlər və müvafiq meyarlarla bağlı ətraflı məlumat üçün:
//smb.gov.az/az/nav/startap-sehadetnamesi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay