
13.09.2021 / 15:24
Azərbaycanda eyni adlı 5 şirkət yaradıldı: 105 milyon manat pul yatırıldı
18056
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "G CO 1", "G CO 2", "G CO 3", "G CO 4" və "G CO 5" MMC-ləri dövlət qeydiyyatına alıb.
Valyuta.az bu barədə nazirliyə istinadən xəbər verir.
Yeni şirkətlərin hamısı "Gilan Holdinq" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206 ünvanında ("Capital Tower" iş mərkəzi" qeydiyyatdan keçib.
Onların qanuni təmsilçisi də eyni şəxsdir - Toğrul Ülvi oğlu Hacıyev.
Nizamnamə kapitalına gəlincə isə 1-ci və 3-cü şirkətlərə müvafiq olaraq 19 780 600 manat və 85 613 877 manat, digər 3 şirkətin hər birinə isə 100 manat pul qoyulub. Beləliklə, 5 şirkətin birgə kapitalı 105 394 777 manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay