BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
18003

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 18,4 faiz artıb.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artıb.

Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3 faiz, tikinti materiallarının istehsalı 64,3 faiz, əczaçılıq məhsullarının istehsalı 62,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1 faiz, tütün məmulatlarının istehsalı 55,1 faiz, elektrik avadanlıqlarının istehsalı 53,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,9 faiz, kağız və karton istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3 faiz, hazır metal məmulatlarının istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 8,7 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,8 faiz, içki istehsalı 2,9 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,9 faiz, mebel istehsalı 5,8 faiz, geyim istehsalı 9,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5 faiz, poliqrafiya məhsullarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 69,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,0 faiz artıb.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin