Nəqliyyat
08.09.2021 / 18:47
Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib
17924
Sentyabrın 6-dan “Bakı Metropoliteni” QSC-nin stansiyalarında nəzarət tədbirləri gücləndirilib.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yay mövsümi başa çatdığından metronun xidmətindən istifadə edən sərnişinlərin sayının artması gözlənilir:
"Sərnişin sıxlığının artma ehtimalı var. Koronavirus (COVID-19) pandemiyası da nəzərə alınaraq mövcud vəziyyətin təhlilini gücləndirmək üçün nəzarət mexanizmlərinin intensivliyi artırılıb”.
Bakı metrosu fəaliyyətini bu il mayın 31-dən bərpa edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metro yalnız həftənin 5 iş günü çalışır.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay