ABŞ-dan Azərbaycana təklif: GSP sisteminin tətbiqi genişləndirilsin
Azərbaycanın Ümumiləşdirilmiş Üstünlüklər Sistemindən (Generalized System of Preferences – GSP) daha çox faydalanması üçün ölkə GSP meyarlarına cavab verən bütün məhsullar üzrə onun tətbiqini genişləndirməlidir.
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) yaydığı məlumata görə, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin (USTR) GSP üzrə köməkçisinin müavini Laura Buffo Azərbaycanın bu proqramdan daha yaxşı yararlanmasına dair keçirilən brifinqdə çıxış edərkən deyib.
Qeyd edək ki, GSP müxtəlif məhsulların qiymətlərinin aşağı salınmasını nəzərdə tutan güzəştli tariflər sistemidir. Bu sistem təyin olunan 119 ölkədən və faydalanan ərazilərdən minlərlə məhsula qoyulan rüsumları aradan qaldıraraq iqtisadi inkişafı təşviq etməyi hədəfləyir.
L. Buffonun sözlərinə görə, GSP üzrə rüsumsuz ticarət güzəştləri bu ilin 1 yanvar tarixində başa çatıb:
“Lakin Azərbaycan müəssisələri GSP-ni yenidən təsdiqləməzdən əvvəl necə istifadə ediləcəyini daha yaxşı başa düşmək üçün bu vaxtdan istifadə etməlidirlər. Azərbaycan GSP proqramından kifayət qədər istifadə etmir. Azərbaycanın ABŞ-a ixracı 37 mln. ABŞ dollardır, lakin ümumi ixracatının yalnız 4%-i GSP vasitəsilə həyata keçirilir”.
2020-ci ildə GSP çərçivəsində Azərbaycana 1,5 mln. dollar, 2021-ci ildə isə 2,3 mln. dollar həcmində ixrac əməliyyatları həyata keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay