BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
17794

Sentyabrın 1-dən Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minib. Qaydalara əsasən, hava nəqliyyatı ilə qonşu ölkəyə gedənlər smartfonlarına "COVID-19-suz səyahət edirəm" mobil tətbiqini yükləməlidirlər.

Valyuta.az xəbər verir ki, mobil tətbiqə ümumvətəndaş pasportunun skan olunmuş surəti, habelə PCR testinin nəticəsi əlavə olunmalıdır.

Bəs Azərbaycandan Rusiyanın hansı şəhərlərinə, hansı aviaşirkətlərin xətti ilə və neçə manata səyahət etmək olar? "Report" bununla bağlı araşdırma aparıb.

Moskvaya 3 aviaşirkət uçur

Sirr deyil ki, qonşu ölkəyə üz tutanlar arasında paytaxta gedənlər üstünlük təşkil edir. Hazırda Bakıdan Moskvaya iki ölkənin milli aviadaşıyıcıları - "Azərbaycan Hava Yolları" (AZAL) və "Aeroflot", eləcə də Rusiyanın "Utair" aviaşirkəti uçuşlar təşkil edir.

AZAL-ın xidmətindən istifadə etmək istəyənlər bunun üçün həftənin bazar ertəsi, çərşənmə, şənbə və bazar günlərini seçməlidirlər. Birtərəfli aviabiletin qiyməti "ekonom klass"da 500 manatdan, "biznes klass"da isə 1 300 manatdan başlayır.

“Aeroflot” isə Azərbaycan paytaxtından Rusiya paytaxtına - "Şeremetyevo” hava limanına həftədə 5 dəfə aviareyslər həyata keçirir. Birtərəfli aviabiletin qiymətləri "ekonom klass"da 500 manatdan, biznes klassda isə 1 200 manatdan başlayır.

"Utair"in təklif etdiyi qiymət isə nisbətən aşağıdır. Məsələn, 300 manata "ekonom klass" bileti tapmaq mümkündür.

Digər şəhərlərə də getmək olar

Rusiyanın 2-ci ən böyük şəhəri Sankt-Peterburqa da təyyarə ilə getmək mümkündür. Hər həftənin cümə günləri qonşu ölkənin "Nordvind Hava Yolları” şirkəti "ekonom klass" üçün 300 manatdan, "biznes klass" üçün isə 1 000 manatdan başlayan birtərəfli biletlər təklif edir.

Rusiyanın Yekatinburq şəhərinə uçmaq istəyənlər isə bunun üçün qonşu ölkənin “Ural Hava Yolları” şirkətinə müraciət etməlidir. Hər həftənin cümə günləri baş tutan uçuşlara biletlərin qiymərtləri 230 manatdan başlayır.

"Ural Hava Yolları" cümə günləri həm də Kazan şəhərinə uçur. Amma bu yolu hər həftənin bazar ertəsi günləri “İkar Hava Yolları” da gedir.

Onların qiymətləri "ekonom klass" üçün 350 manatdan, "biznes klass" üçün isə 1 200 manatdan başlayır.

Rusiyanın Həştərxan şəhəri də tələbat olan istiqamətdir. AZAL-ın aşağı büdcəli törəməsi - "Buta Airways" hər həftənin cümə axşamı günləri, Rusiyanın "Sibir Hava Yolları" şirkəti isə hər həftənin çərşənbə günləri həmin şəhərə aviareyslər həyata keçirir. Amma Azərbaycan şirkəti ilə uçmaq daha sərfəlidir və 110 manata bilet tapmaq mümkündür. Rusiya şirkəti isə azı 500 manat istəyir.

Rusiyanın Nijni Novqorod istiqamətində isə “Ural Hava Yolları” və “İkar Hava Yolları” şirkətləri reyslər həyata keçirir. Müvafiq olaraq hər həftənin bazar ertəsi və cümə günləri. Aviaşirkətlərin qiymətləri 350 manatdan başlayır.

Rusiyanın Samara şəhərinə isə hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri “İraiIrAero” şirkəti ilə uçmaq olar. Bununla yanaşı, Bakı ilə Samara arasında hava əlaqəsini hər həftənin çərşənbə axşamı günləri "Norvind Hava Yolları” və “Sibir Hava Yolları” şirkətləri də təmin edir. Qiymətlər 300-400 manatdan başlayır.

Turizm bölgəsi sayılan Rusiyanın Mineralnıye Vodı şəhərinə AZAL reyslər həyata keçirir. Birtərəfli aviabietin qiyməti "ekonom klass"da azı 350 manat, "biznes klass"da isə 800 manatdır.

Rusiyanın Ufa şəhəri istiqamətində isə hər həftənin çərşənbə günləri “Nordvind Hava Yolları”, cümə günləri isə “Ural Hava Yolları” şirkəti ilə hərəkət etmək olar. Birtərəfli aviabiletin qiyməti 300 manatdan başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin