BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
17758

ABŞ-ın "The Heritage Foundation" strateji araşdırmalar institutu əmək azadlığı səviyyəsinin ən yüksək olduğu ölkələrin reytinqi dərc edib.

Siyahıda 182 ölkə yer alıb. Azərbaycan reytinqin 59-cu yerində qərarlaşıb ki, ölkənin indeksi 65,9 təşkil edib.

Reytinqin ilk pilləsində Sinqapur (91,5), ikinci yerində Bruney-Dərüssalam (90,9), üçdə isə ABŞ (87,1) qərarlaşıb.

Siyahının dördüncü yerini Yeni Zelandiya (86,3), beşinci yerini isə Qazaxıstan (86,2) tutub. Reytinqin ilk onluğuna Namibiya (85,2), Nigeriya (84,4), Avstraliya (84,1), Uqanda (83,2) və BƏƏ (81,6) daxil olub.

Qırğızıstan 79,5 indeksi ilə reytinqin 13-cü pilləsində, Belarus (75,7) – 23-cü, Özbəkistan (61,2) – 83-cü, Rusiya (55,4) – 114-cü, Ukrayna (48,7) – 146-cı, Tacikistan (46,2) – 153-cü, Moldova (39,2) isə 171-ci pilləsində yer alıb.

Siyahının autsayderləri Türkmənistan (20,0) və Şimali Koreya (5,0) olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il avqustun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 288,8 min nəfər olub, onlardan 4 947,7 min nəfərini məşğul əhali təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,4%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i istirahət, əyləncə və incəsənət, 1,8%-i informasiya və rabitə, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.

Mənbə: "APA-Economics"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin