BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
17684

Qızıl sərmayəçilərinin ABŞ Mərkəzi Bankının (Fed) istiqraz alışını azaltmaq təqviminin gedişatını anlamaq üçün yaxından izlədiyi ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. Qızıl qiymətləri məlumatdan əvvəl dalğalı hərəkət edir.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, iqtisadçılar ABŞ-da avqust ayında məşğulluğun 750 min artacağını nəzərdə tuturlar. Kənd təsərrüfatı xaric məşğulluq İyul ayında proqnozları aşaraq 943 min artmışdı. ABŞ-da işsizlik nisbətinin iyuldakı 5,4%-dən avqustda 5,2%-ə düşəcəyi gözlənilir.

Fed bəyan edib ki, qiymətli kağız (istiqraz) alışlarının (bu yolla dövriyyəyə pul buraxılır) azaldılması təqvimi üçün əsas məlumat məşğulluq artımı olacaqdır.  Fed sədri Cerom Pauel (Jerome Powell) də keçən həftə etdiyi çıxışında məşğulluq bazarının qənaətbəxş bir inkişaf göstərməsilə qiymətli kağız alışlarının azaldamasına bu il başlaya biləcəklərinə işarə etmişdi. Amma əlavə etmişdi ki, qiymətli kağız  alışlarının azaldılması dərhal faizlərin də artırılması demək olmayacaqdır və Fed sədrinin bu şərhi qızılın bahalşmasına səbəb olmuşdu. 

Məşğulluq məlumatının proqnozdan (750 min) yüksək açıqlanması ABŞ dollarını dəstəkləyərək qızıl qiymətləri üzərində aşağı istiqamətli bir təzyiq yarada bilər.

Digər tərəfdən, sərmayəçilər qızıla bağlı birja sərmayə fondlarındakı mövqelərini azaldaraq Fed-in qiymətli kağız alışlarının azaldılmasına hazırlaşırlar. Ən böyük qızıl fondlarından biri olan SPDR Gold Shares-in saxladığı qızıl miqdarı məşğulluq məlumatı əvvəlində 1000 tondan aşağı düşərək 2020-ci ilin Aprel ayından bu yana ən aşağı səviyyəyə çatıb.

Fed sədri Cerom Pauelin "göyərçin" çıxışından sonra bazarlarda yaranan optimist hava ilə bu həftəyə 1820 dollar ətrafında başlayan unsiya qızıl, səhm bazarlarının rekord qırmasından sonra yüngül geriləmə qeyd etmişdir. Hazırda qızılın unsiyası 1811 dollar səviyyələrində ticarət olunur.

Qeyd edək ki, Fed-in qiymətli kağız alışları yolu ilə pul emissiya etməsini (dövriyyəyə pul buraxmasını) ləğv etməyə başlamasının qızılın ucuzlaşmasına, Dolların isə bahalaşmasına səbəb olacağı nəzərdəı tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin