BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
17673

Tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

Valyuta.az xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yol boyu son tamamlanma işləri icra edilir.

Belə ki, “Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.

Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 km-lik hissədə 2 lay, 61 km-lik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 km-lik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26,9-cu, 37,2-ci, 37.5 və 57,3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.

Bundan başqa layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5,6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3,2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin