BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
17589

Karantin qaydalarının yumşaldılması, iş yerlərinin fəaliyyətinin bərpası paytaxta üz tutan insanların sayına da təsirsiz ötüşməyib. Bu isə öz növbəsində kirayə mənzil tapmaqda çətinliklər yaradır.

Valyuta.az APA TV-yə istinadən xəbər verir ki, kirayə mənzil axtaranların sayı artdıqca mənzillərin qiyməti də bahalaşır. Sakinlər büdcələrinə uyğun mənzillər tapa bilmədiklərindən, təklif olunan mənzillərin dəyərindən olduqca baha olduğundan şikayətçidir.

- Deyirlər ki, bina evi var. 2 otaqlı və ya 3 otaqlı. Gedib baxırsan ki, şəraiti yoxdur, yaşamaq olmaz. Həmin evi kirayə götürsən gərək 3, 4 min xərc çəkəsən ki gedib yaşayasan.

- Hazırda kirayə evlərin qiyməti çox bahadır. Məsələn kimsə rayondan gəlir ev tapa bilmir. Tapsa da şəraiti çox pisdir. Ya su yoxdur, ya digər şey. Məsələn bax burada 450 manata 1 otaqlı ev verirlər. Ancaq əslində 2 otaqlıda qala bilərlər o qiymətə. Lakin tapmaq olmur.

- Mən özüm 350 manatlıq işdə işləyirəm. Yaxşı kirayələrin isə qiyməti 400. 500 manatdan başlayır. Mənim o qiymətə kirayədə qalmağım əlbəttə ki mümkün deyil.

Neftçilər metrosu yaxınlığında “maklerlər bağı” kimi tanınan ərazidə çəkilişlərimiz zamanı da durğunluq hiss olunurdu. 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, yay mövsümünün yekunlaşması kirayə mənzillərində bahalaşmasına səbəb olur. Lakin ötən illə müqayisədə bu artım çox deyil: 

“Bu gün Bakı şəhəri üzrə kirayə mənzil bazarının 20, 25 faizini tələbələr təşkil edir. Yəni kirayə verilən hər 4 mənzildən 1-də tələbələr qalır. Ənənəvi təhsil bərpa olunacağı halda ötən il müşahidə etdiyimiz 50, 100 manat qiymət düşümü artımla əvəz olunacaq”.

Ramil Qasımzadənin sözlərinə görə Nərimanov, Gənclik və Sahil metrosu ətrafında qiymətlər digər yerlərə nisbətən bahadır. Kirayə mənzil bazarında süni qiymət artımına gəlincə isə ekspert deyir ki, realtorlar tərəfindən süni qiymət artımına rast gəlinmir: 

“Çünki realtorlar istəyirlər ki, həm alqı-satqı məsələsində, həm də kirayə bazarında dinamiklik artsın. Bu gün dinamiklik olduqca aşağıdır. Alqı-satqı və kirayə verilməsi işi nə qədər çox olarsa realtorların qazancı da bir o qədər çox olacaq”.

Qeyd edək ki, mənzil kirayə verən və kirayə götürən arasında bir çox hallarda müqavilə bağlanmaması da əlavə problemlərin yaranmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Vahid Əhmədovun oğlu hakim təyin olundu

Aysel Soltanova vəzifəsindən azad edildi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Prezident İlham Əliyev Antalyada Şimali Kiprin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

MTK-dan alınan mənzilə necə çıxarış əldə edə bilərik?

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Cəzadan azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verildi

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin