Statistika
01.09.2021 / 16:25
Azərbaycanda çörək istehlakı kəskin artıb
17574
Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 54,591 mln. manat dəyərində çörək məhsulları alıb.
Valyuta.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur.
Qeyd edək ki, təkcə cari ilin II rübündə əhali pərakəndə ticarət şəbəkəsində 28,321 mln. manatlıq çörək məhsulları istehlak edib ki, bu da illik müqayisədə 16,7%, rüblük müqayisədə isə 7,8% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay