BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
17495

2021-ci ilin yazında Kaspersky mütəxəssisləri dropper troyanının (başqa zərərli proqramları istifadəçinin kompyuter və ya smartfonuna ötürən zərərli proqram) yayılmasını həyata keçirən irimiqyaslı kampaniya aşkarlayıb. Bu zərərli proqramın əsas tapşırığı digər zərərli proqramları istifadəçidən xəbərsiz onun cihazına yükləməkdir. 

Valyuta.az xəbər verir ki, “Swarez” adlandırılan bu dropper 15 tanınmış oyunun formasında yayılıb. Həmin faylların yüklənməsi üçün cəhdlər şirkətin məhsullar tərəfindən Azərbaycan da daxil olmaqla, 45 ölkədə müəyyən edilib.

Təcazvüzkarların yem kimi istifadə etdiyi oyunlar aşağıdakılardır:

Among US, Control, Grand Theft Auto V, NBA 2K21, PLAYERUNKNOWN BATTLEGROUNDS, Rust, The Sims 4, Titanfall 2 və xüsusilə Azərbaycanda populyar olan Minecraft, Counter-Strike Global Offensive, Fortnite, FIFA 21, Need for Speed Heat, Battlefield 4 və Battlefield V.

Dropper özündə şifrələnmiş ZIP faylı və açar kodun olduğu mətni ehtiva edən ZIP arxiv formasında yayılıb. Zərərli proqramın işə salınması şifrənin açılması və stiler troyanının (istfadəçinin şifrələrini oğurlayan zərərli proqram) aktivləşməsi ilə nəticələnib. Stiler troyanı geniş funksiyalara sahibdir: “cookies”**, saxlanılan şifrələri, brauzerlərdə avtomatik doldurulan məlumatları və kripto cüzdan məlumatlarını, iş masasındakı .txt formatındakı faylları oğurlaya və skrinşot edə, sistem haqqında məlumatları toplaya bilir. 

 “Bu nümunə şübhəli mənbələrdən proqramlar, o cümlədən, oyunlar köçürməyin nə qədər təhlükəli olduğu bir daha sübut edir. Sözsüz ki, geymerlər bu cür asan üsulları sevirlər və Swarez dropperinin müəllifləri bundan öz maraqları üçün istifadə edirlər. Təcavüzkarlar hər zaman öz texnikalarını mürəkkəbləşdirirlər və var güclərilə çalışırlar ki, yükləmə prosesində istifadəçi zərərli proqram yüklədiyini hiss etməsin”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky mütəxəssisləri geymerlərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

- hesabların mühafizəsi üçün ikifaktorlu təsdiqdən istifadə edin;
- axtarış pəncərəsindəki şübhəli saytları açmayın və onlardan heç nə yükləməyin;
- oyun çatından kənar saytlardakı linklərə keçid etməyin, login və şifrə soruşan ünvanın mənbəyini dərindən araşdırın: səhifə saxta ola bilər.

Kaspersky Internet Security kimi oyunun sürətini azaltmadan cihazı kiber təhdidlərdən qoruyan xüsusi oyun rejiminə malik etibarlı qoruma həlli quraşdırın.

* 2021-ci ilin yazından etibarən Kaspersky həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar.

** Sayta ziyarətlər haqqında məlumatları yadda saxlamağa imkan verən fayllar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin