BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
17426

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Elə medianın da maraq obyektində olan bu proseslə bağlı mütəmadi olaraq yeni bilgilər ortaya çıxır. Digər tərəfdən hamıya bəlli olan məqamlar da var. Məsələn, elə  Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovla Səfərlini birləşdirən korrupsiya əməlləri kimi...

Valyuta.az Sfera.az-a istinadən bildirir ki, Vüqar Səfərlinin Əli Həsənovun kurasiyasında fəaliyyət göstərən bir quruma rəhbərlik etməsi, həmçinin bu cinayət tərkibli əməlləri onunla əlbir həyata keçirməsi barədə mətbuatda zaman-zaman məlumatlar dərc olunub. Bu şəxslərin onlara verilən vəzifədən ancaq hüquqları tapdalamaq və haqları mənimsəmək üçün istifadə etdiyi barizdir.
 
Əbəs yerə deyil ki, elə bu yaxınlarda vəkillərdən biri V.Səfərlinin məhkəməsində şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
 
Daha sonra dövlət ittihamçısı təklif edib ki, məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını deyiblər. Nəticədə hakim növbəti prosesi sentyabrın 3-ə təyin edib.

Əli Həsənovun ətrafındakı halqanın hər gün daha da daraldığını inkar etmək olmaz. Hər kəsə məlumdur ki, xüsusilə jurnalistlər üçün tikilmiş binalar məsələsində sözügedən şəxsin adı tez-tez hallanır. 

Qeyd edilir ki, Əli Həsənova yaltaqlananlar onun mediaya nəzarət etdiyi dövrdə evi ola-ola ev alıblar, hətta həmin evləri kirayə veriblər və.s. Bir sözlə, evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli cütlüyünə yaxın olan şəxslərə verilib, 2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxıb.
 
Məhz bu səbəbdən Həsənov işdən çıxarılandan sonra dəfələrlə ictimai tənqidə məruz qalıb. Tənqidlər qeyd etdiyimiz kimi, əsasən onun media sahəsində atdığı mürtəce addımlarla bağlı olub. Həsənov özünü təqsirli bilməsə də, ifadə vermək üçün hələ hazır olmasa da, axır-əvvəl hakim qarşısına keçəcək və həqiqətlər gün üzünə çıxacaq.
 
Xatırladaq ki, məhkəmədə prokuror tərəfindən elan edilən ittiham aktına əsasən, Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib. İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayət əlaqəsinə girərək, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib. Törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb.

Qeyd edək ki, Vüqar Səfərli 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin