Statistika
23.08.2021 / 15:26
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 faiz artıb
17387
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 459 mln. manat olub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,5%-i hüquqi şəxslərin, 50,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 18,6% artaraq 229,4 mln. manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay