Sosial
20.08.2021 / 11:57
DİN-dən vətəndaşlara çağırış: Karantin qaydalarına qarşı diqqətli olun
17298
“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Qaydalar qüvvədə saxlanılır”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq.
“Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, - deyə DİN rəsmisi vurğulayıb.
E. Hacıyev dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay