Statistika
18.08.2021 / 18:48
Bu il Azərbaycanda xarici investisiyaların həcmi azalıb - HESABAT
17205
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
Bu ilin ilk 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3 %-i) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay