DSMF vətəndaşlara müraciət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.
DSMF-dan Valyuta.az-a daxil olan müraciətdə deyilir:
“Xidmət keyfiyyətini artırmaq və operativliyi təmin etmək üçün sosial sığorta və fərdi uçot, o cümlədən sosial sığorta ödəmələri ilə bağlı - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; müavinət, hamiləlik və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; dəfn üçün müavinət - suallar olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (012) 562-20-11 "Çağrı Mərkəzi" ilə əlaqə saxlamaq və yaxud Filialın [email protected] elektron poçt ünvanına məktubla müraciət etmək mümkündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay