BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
17031

Valyuta.az bildirir ki, AQTA -dan Trend-ə verilən məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində pomidor meyvələrinin qonur qırışılıq virusu yayılmaqdadır. Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdir.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, paltarları və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu əkin və səpin materialı kimi idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna yoluxmadan sonra onunla mübarizədə kimyəvi maddələrin təsirsiz olduğunu nəzərə alsaq, virusun iqtisadi zərərlərinin böyük olduğunu qeyd edə bilərik. Bundan başqa, hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətini göstərməyən virusla yoluxmuş toxumların olmasını nəzərə alaraq, bütün pomidor və bibər toxumları idxal zamanı ToBRFV görə laboratoriyada molekulyar səviyyədə yoxlanılır.

Virusun yayılmasının qarşısının alınması üçün aşağıdakı profilaktik tədbirlərin görülməsi zəruridir:

- yalnız virusoloji müayinədən keçmiş sağlam toxum və şitil materialları başlanğıc materialı kimi istifadə olunmalı və Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı müayinəyə dair aktların müfəttişlərə təqdim olunması təmin edilməlidir;

- xəstəlik əlamətləri aşkarlanan bitki və bitkilər təcrid edilməli və yoluxmuş bitki və ya bitkilərin tapıldığı sıra və ya sıralar işarələnməlidir;

- sıra boyunca gəzərkən heç bir bitkiyə toxunmamağa diqqət edilməli, kombinezon, əlcək və çəkmə ilə uyğun şəkildə sıraya daxil olunmalıdır;

-simptomları göstərən bitkilərin hər iki tərəfindən təxminən 3-6 bitki (Avropada ən azı 20 bitki tövsiyə olunur) çıxarılmalı və diqqətlə xüsusi kisələrə yerləşdirilməlidir;

- istehsal sahələrindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və simptomları göstərən bitkilərin üzərinə böyük plastik torbalar qoyularaq sağlam bitkilərə toxunmadan diqqətlə istixanadan çıxarılmalı, yandırılaraq məhv edilməlidir;

- tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq, yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir;

- istehsalat sahəsində çalışan işçilər təmiz paltar və əlcəklərdən istifadə etməlidirlər;

- hər bir istixana üçün ayrıca iş geyimlərindən istifadə edilməlidir;

-hər gün təmiz paltar geyinilməli, əllər sabunlu su ilə yuyulmalı, bütün istixana girişlərində dezinfeksiya məhlullarına hopdurulmuş ayaqaltılar qoyulmalıdır;

-virusun yayılmasını minimuma endirmək üçün birdəfəlik geyim və ayaqqabı örtüklərindən istifadə edilməlidir;

-avadanlıq və alətlər təmizlənməli və dezinfeksiya edilməlidir;

- çiləyicilər və əl alətləri (məsələn, budama bıçaqları) kimi bütün avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir;

-budama zamanı istifadə olunan alətlər hər sırada ayrı-ayrılıqda dezinfeksiya edilməlidir;

- məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır;

- işçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin