BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
16917

2021-ci ildə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhalinin pərakəndə ticarət xərclərində ərzağın payı azalmır. Ötən il əhalinin pərakəndə ticarət xərclərinin 53,9 faizi ərzağın ticarətindən ibarət olub. Bu il eyni nisbət qalır. İlin ilk 7 ayının məlumatına əsasən, cəmi ticarət xərclərinin 54 faizə yaxını ərzaq məhsullarının alışına ayrılıb. 

Valyuta.az Sfera.az-a istinadən bildirir ki, bu il karantinin yumşaldılmasına baxmayaraq, ərzaq xərclərinin böyük olmasının səbəbi inflyasiya ilə bağlıdır. Ərzaq məhsullarında bahalaşma 6,4 faizə yüksəlib.

Qeyri-ərzaq məhsullarında bahalaşma isə 4,8 faiz olub. Müqayisə göstərir ki, ərzaq məhsullarında bahalaşma sürəti qeyri-ərzaq məhsullarına nisbətən 33 faiz çox yüksək olub. Ərzağın sürətlə bahalaşması əhalinin bu mallar üzrə xərclərinin artımı ilə nəticələnib. 

Bu ilin 7 ayında əhali ərzağın alışına 12,379 milyard manat, qeyri-ərzağın alışına 10,55 milyard manat xərcləyib. 2020-ci ilin ilk 7 ayında ərzaq xərcləri 11,5 milyard manat, qeyri-ərzaq xərcləri 9,9 milyard manat idi. 

Müqayisə göstərir ki, əhalinin ərzaq xərcləri 880 milyon manat, orta hesabla ayda 126 milyon manat, qeyri-ərzaq xərcləri 650 milyon manat, orta hesabla ayda 93 milyon manat artıb. Mütləq mənada əhalinin ərzaq xərclərində artım 8,34 faiz, qeyri-ərzaq mallarında 6,56 faiz olub. 

Qeyd edək ki, orta və yüksək gəlir səviyyəsinə sahib olan ölkələrdə əhalinin pərakəndə ticarət xərclərinin çox hissəsi qeyri-ərzaq məhsullarının alışına sərf edilir. Azərbaycan əhalisinin gəliri orta səviyyədən aşağı olduğundan ölkəmizdə ərzağa daha çox pul xərclənir. 

İndiyədək ərzaq xərclərində ən yüksək göstərici 1995-ci ildə, ən aşağı göstərici 2016-cı ildə qeydə alınıb. 1995-ci ildə ticarət xərclərinin 76,3 faizi, 2016-cı ildə 49,9 faizi ərzaq məhsullarının alışından ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin