BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
16737

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığı nəzərə alınaraq, avqustun 5-dən daha 20 ölkə vətəndaşlarının, həmin ölkədə daimi yaşayan digər ölkə vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. 

 

Məhdudiyyətin götürülməsi Azərbaycanda turizmi canlandıracaqmı? 

 

Valyuta.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Yenisabah.az-a iyul ayının statistik nəticələrinin hələlik məlum olmadığını deyib:

“Hələ ki, iyul ayının statistik nəticələri yoxdur. Onun nəticələrini yəqin ki, bu günlərdə biləcəyik. Amma ilin 6 ayının statistik nəticələri var. İlk iki ölkə Rusiya və Türkiyə olub. Çünki onlar bizim piroritet bazarlarımızdır. Həmin ölkənin vətəndaşlarına Azərbaycana hava yolu ilə, lakin müəyyən şərtlər əsasında gəlmək icazəsi verilib. Türkiyə ilə Rusiya ənənəvi olaraq Azərbaycana gələn xarici vətəndaşlar üzrə top 4-lükdə olan dövlətlərdir. Əlavə olaraq daha 7 ölkənin vətəndaşlarının gəlməsinə icazə verilib. ABŞ, Böyük Britaniya, Macarıstan, İsrail, Ərəb Əmirlikləri də bu siyahıya daxildir”.

Kənan Quluzadənin sözlərinə görə, ötən illə müqayisədə ölkəyə gələn xarici vətəndaşların sayı 2 dəfə artıb:

“Şübhəsiz, gələnlərin hamısını turist adlandırmaq qeyri-mümkündür. Amma artıq turistik məqsədlər də başlayıb . Turizm Agentlikləri və otellərdən aldığımız məlumatlara əsasən, artıq müəyyən xarici qonaqlar Azərbaycana gəlir”.

Mətbuat katibi mövcud halı beynəlxalq turizmin bərpası adlandırmayıb:

“Avqustun 5-dən daha 20 ölkədən olan vətəndaşların Azərbaycana hava yolu ilə gəlməsinə icazə verilib. Buna daha çox Şimali Amerika, Kanada, Avstraliya, Avropa ölkələri daxildir. Çünki onlar hər biri piroritet bazarlarımızdır. Həmin bazarlarda çalışaraq pandemiyadan öncə turistləri Azərbaycana cəlb etmişik. İndiki vəziyyəti gəliş-gedişi beynəlxalq turizmin bərpası adlandırmaq olmur. Hazırda bərpanın ilkin addımlarını atırıq. Qlobal turizm sənayesinin bərpası optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Hələ ki ilkin mərhələdəyik.

Vaksinasiya Azərbaycanda partnyor tərəfdaş dövlətlərdə aparıldıqca qonaq qəbul edə biləcəyimiz ölkələrin coğrafiyasının genişlənildiyini görürürük. Son 2 ay ərzində 29 ölkəyə icazə verilib. Ümid edirik ki, bu proseslər getdikcə uğurlu inkişaf edəcək və coğrafiyamız daha da genişlənəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin