
05.08.2021 / 13:22
Ölkədə dövlət xətti ilə ipoteka kreditləşməsi nə qədər azalıb? - İKZF
16621
Bu ilin iyul ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 26,094 mln. manat həcmində 402 ipoteka krediti verib.
Bu barədə Valyuta.az İKZF-dən xəbər verilib.
Məlumata görə, bu, iyun ayı ilə müqayisədə 27,2% azdır. Bu ilin yanvar-iyul aylarında isə 231,414 mln. manatlıq 3 460 ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 75,6% çoxdur.
Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 872 135 736 manat məbləğində 34 932 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 232 518 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 920-yə bərabər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay