
05.08.2021 / 13:40
Daşınmaz əmlak sahəsindəki kreditlərin həcmində REKORD
16614
2021-ci ilin iyulun 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,266 mlrd. manat təşkil edib.
Valyuta.az bildirir ki, "APA-Economics"in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu göstərici indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin 2,6%, son bir ildə isə 15,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönlənən kredit qoyuluşları ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,9%-ni təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin avqustun 3-nə verimiş ipoteka kreditlərinin məbləği 1 872 135 736 manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay