BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
16579

Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

Bu barədə Valyuta.az-a MTRŞ-dan bildirilib.

Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş
proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil.

Bununla da, Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumilkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin