Nəqliyyat
04.08.2021 / 17:17
Bu ilin sonuna qədər 17 metro vaqonu balansdan silinəcək
16571
"Bakı Metropoliteni" QSC bu ilin sonuna qədər 17 vaqonunu balansından silərək utilizasiyaya göndərəcək.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq qurumdan bildirilib.
"Bu, 3 qatar və 2 vaqon deməkdir. Vaqonlar istismar müddətini başa vurması ilə əlaqədar müvafiq tələblərə uyğun olaraq balansdan silinəcək", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, metro vaqonlarının orta istismar müddəti 31 ildir. Onlar köhnəldikcə yeniləri ilə əvəz olunur. Hazırda Bakı metrosunun parkında 19 yeni qatar (85 yeni vaqon) mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay