İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir
Bakıda ictimai nəqliyyatda tibbi maskadan istifadəni təşviq etmək məqsədilə yol polisi tərəfindən reydlərə başlanılıb.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov deyib ki, ictimai nəqliyyat vasitələrində qanunvericiliyə uyğun reydlər keçirilir.
Bölmə rəisi qeyd edib ki, pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir:
“Reydlərin keçirilməsində məqsəd tibbi maskadan istifadəni təşviq etməkdir. Təkcə inzibati tənbeh tədbirləri görülmür, eyni zamanda, profilaktik tədbirlərin keçirilməsinə üstünlük verilir, təbliğat gücləndirilir, vətəndaşlara bu tələblərin yetirilməsinin vacibliyi vurğulanır. Reydlərin keçirilməsində məqsədimiz vətəndaşları cərimələmək deyil. Bir daha vətəndaşlardan xahiş edirik ki, mövcud tələbləri yerinə yetirsinlər, özlərini və ətrafdakıları qorusunlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay