BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
16511

“İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb. Yanğınların qardaş ölkə iqtisadiyyatına mənfi təsirləri ilkin qiymətləndirilir. Bununla belə, digər müzakirə olunan məsələ Türkiyənin yanğından sonra dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi ilə bağlıdır”. 

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov özünün social şəbəkədəki profilində qeyd edib.

Son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarların qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşmədiyini söyləyən deputat, bununla belə hər zaman Türkiyənin bu sınaqlardan çıxa bildiyini bildirib. 

 

“Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi?” 

Bu sualı cavablandıran millət vəkili qeyd edib ki, 794 milyard dollar nominal ÜDM ilə “Böyük İyirmilik” qurumunun üzvü olan Türkiyə, illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir: 

“Trade Economics-in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib.  Pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ilə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, “lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib”.

Onun sözlərinə görə, bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi: 

“Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə buna oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”. 

V.Bayramov, bu arada Azərbaycan Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin Türkiyədə yanğınlarla mübarizəni davam etdirdiyini də diqqətə çatdırıb: 

“Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhvə olacaq”.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasındanimtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin