
03.08.2021 / 16:12
340 min qanunsuz evə \"kupça\" veriləcək: Sənədləşmə bu ərazidən başlayacaq
16489
Qanunsuz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan başlanılacaq.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, hökumət əhalinin səbirsizliklə gözlədiyi bu qərarı yaxın zamanlarda elan etməyə hazırlaşır.
Məlumata əsasən, Abşeron rayonunun ərazisindəki təxminən 340 min sənədsiz evə çıxarış ("kupça") veriləcək:
"Növbəti mərhələdə Bakıətrafı kənd və qəsəbələrdə sənədsiz evlər sənədləşəcək.
Hazırda sənədsiz evlərin inventarlaşması prosesi yekunlaşmaq üzrədir. Ümumilikdə sənədsiz evlərin sayı bir milyondan çoxdur. Bunların mütləq əksəriyyəti Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay