İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR VERDİ
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
İclasda deputat Eldəniz Səlimovun özü də iştirak edib. O, çıxış edərək əməlini etiraf edib, üzr istəyib.
Müzakirələrdən sonra təqdimat qəbul edilib və baxılması üçün plenar iclasa tövsiyə olunub.
Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay