
29.07.2021 / 19:21
“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil
16266
Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, tədarük üzrə lider 18,2 milyon ədədlə "Vivo" olub.
Növbəti yerlərdə "Oppo" (16 milyon) və “Xiaomi” (12,6 milyon) qərarlaşıb. İlk beşliyi “Apple” (7,9 milyon) və “Honor” (6,9 milyon) tamamlayır.
Xatırladaq ki, 2019-cu ilin mayından “Huawei” ABŞ-ın qara siyahısındadır. Nəticədə şirkətin bu ölkədə istehsal edilən hissələrə və texnologiyalara yolu bağlıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay