“Toyota”nın qlobal satışlarında rekord nəticə
2021-ci ilin ilk yarısında Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor, törəmə şirkətləri Daihatsu Motor və Hino Motors 5 milyon 467 min 218 ədəd yeni avtomobil, avtobus və yük maşını satıb. Bu, 2020-ci ilin eyni dövründəkindən 31,3% çoxdur.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin cümə axşamı günü yayımlanan hesabatında deyilir.
Bundan əlavə, bu satış miqdarı, Toyota Motorun bütün tarixi üçün rekord göstəricidir.
Şirkət demək olar ki, dünyanın bütün bölgələrində, ilk növbədə Şimali Amerikada (45%) və Çində (28.9%) satışlarda artım qeyd edib.
Yaponiya şirkəti, dünyada satılan hibridlərin və elektrikli nəqliyyat vasitələrinin payının cəmi satışlarında 22-dən 26% -ə qədər artdığını da qeyd edib.
Toyota, 2020-ci ildə 9,53 milyondan çox avtomobil sataraq bu göstəricidə digər şirkətlər arasında lider olub. Sonuncu dəfə Yaponiyanın avtomobil nəhəngi bu reytinqə 2015-ci ildə başçılıq etmişdir. Sonra liderliyi Almaniya konserni Volkswagen-ə vermişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay