BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
16175

Bütövlükdə əmlakın kirayə verilməsi vergi sistemində prioritet vergi istiqamətlərindən biridir. Amma bizim apardığımız monitorinqlər və rəsmi statistika göstərir ki, bu gün Bakıda praktiki olaraq əksər mənzillərin kirayəyə verilməsi zamanı onların vergiyə cəlb olunmasında çətinliklər var.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, burada, həmçinin problem təkcə vergidən yayınma deyil, eyni zamanda rəsmi kirayə müqaviləsi olmadığına görə, tərəflərin öhdəliklərinin də aydın şəkildə müəyyənləşməməsidir:

“Bəzi hallarda evə dəymiş ziyanın ödənilməsi ilə bağlı və ya evi götürən şəxs öz öhdəliyini yerinə yetirə bilmədiyi halda ev sahibi tərəfindən real addımlar atıla bilmir. Bu baxımdan, kirayə müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi çox vacibdir. Bu, təkcə vergi daxilolmalarına deyil, eyni zamanda ev sahibi ilə kirayəçi arasında münasibətlərin liberallaşdırılması baxımından da olduqca vacibdir. Evlərin kirayəsi ilə bağlı vergi dərəcələrinə yenidən baxılması daha məqsədəuyğun ola bilər. Əslində, burada məqsəd fiskal olmamalıdır. Önəmli olan bu sektorda birinci mərhələdə rəsmiləşdirməyə, leqallaşdırmaya nail olmaqdır”.

Onun sözlərinə görə, bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi ilk olaraq vergi dərəcələrinin aşağı salınması və evlərin kirayəyə verilməsi ilə bağlı simvolik vergi dərəcələrinin müəyyən olunması daha məqsədəuyğun olar: 

“Prosedur elə olmalıdır ki, mənzil sahibləri evlərini kirayəyə verərkən müqavilə bağlamaqda maraqlı olsunlar. Nəticə etibarilə vergi dərəcələri aşağı salınarsa, bütövlükdə prosesin leqallaşmasına imkan yaranacaq. Digər tərəfdən, evlərin müqavilə əsasında kirayəyə verilməsi kirayəçidə rəsmi öhdəliklər formalaşdırır. Həmçinin, leqallaşma olsa, sektorda kirayə verilən mənzillərin sayı və sektorun təhlilinin aparılması ilə bağlı da aydın mənzərə ortaya çıxacaq. Vergi dərəcələri azalsa, müqavilə sayı çoxalacaq və büdcəyə daxilolmalarda da artım olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin