BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
16161

Jurnalistlərin 3-cü binası ətrafında yaranan qalmaqal mənzil problemini yenidən gündəmə gətirib. Azərbaycanda yeni tikilən binalar nəinki minimum əməkhaqqı alanlar, hətta aylıq gəliri 600-900 manat arası dəyişən vətəndaşlar üçün də əlçatan deyil. Media qurumlarında çalışan müxbirlərin isə əməkhaqqı təxminən bu civarda qərarlaşır. Məsələnin digər narahatedici tərəfi isə sosial ev layihəsindən yararlanma şansının jurnalistika peşəsinin sahiblərinə verilməməsidir. Həmçinin ipoteka ilə satılan evlərdə jurnalistlər üçün güzəşt mövcud deyil. 

Valyuta.az xəbər verir ki, “Yeni Sabah” mövzunun aktuallağını nəzərə alaraq bu gün Bakı şəhərində və yaxın ərazilərdə yeni evlərin uzunmüddətli kreditlə alınması üçün şərtlər və qiymətlərlə maraqlanıb.

“Kristal Abşeron”dan kreditlə verilən evlərin 20 il üçün nəzərdə tutulduğunu və ilkin ödənişin rəsmi əməkhaqqından asılı olaraq dəyişdiyini bildiriblər:

"Yeni Günəşlidə evlərin kvadrat metri 1 250, Qara Qarayevdə isə 1580 manatdan hesablanır. Qarayev layihəmizdə hazırda tikinti davam edən bina var və yalnız üçotaqlı binalar qalıb. Günəşlidə isə kifayət qədər mənzil mövcuddur. 

İkiotaqlı mənzillər 66 kvadrat-metrdir və əməkhaqqından asılı olaraq ilkin ödəniş faizi dəyişir. Məsələn, rəsmi əməkhaqqınız 600 manatdırsa, 30 faiz, yəni 26 min manat ilkin, daha sonra isə 560 manat aylıq ödəniş edəcəksiniz. 

Yox, əgər 1000 manat rəsmi əməkhaqqı varsa, 20 faiz ilkin ödəniş tələb olunur və hər ay 640 manat ödənilir.  Mənzillər 20 il müddətinə verilir”.

İndi gəlin, hesablayaq: 66 kvadratmetr mənzil alıcıya neçə manata başa gəlir? 

26 min manat ilkin ödəniş 
20 il ayda 560 manat ödəniş = 134400 
26 000 + 134 000 = 160 400 manat
160400 : 66 kvmetr = 2430 manat

Deməli, Yeni Günəşlidə 66 kvadratmetir təmirsiz binada 1 kvadrat metr 2430 manata başa gələcək. Hesablamanı davam etdirsək, (2430:560=4,3) belə anlaşılır ki, ipoteka götürən şəxs 4,3 aya cəmi 1 kvmetr ərazinin pulunu ödəyir.

“Bakıxanov Residence”də kreditlə 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir.

“İkiotaqlı mənzillərlə bağlı iki layihəmiz var. Layihələrdən biri oktyabrda hazır olacaq. Orada ikiotaqlı mənzillər 65 və 74 kvadrat-metrdir. Onlar 16-cı, yəni sonuncu mərtəbədə yerləşir. 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir. Bildirim ki, evlər 36 aylıq satılır və aylıq ödəniş 1071 manatdır. 

Üçotaqlı evlərlə bağlı da yeni layihəmiz var, 2 il yarıma hazır olacaq, ev ümumi 127 kvadrat-metrdir. Orada ilkin ödəniş 82 500 manat tələb olunur. Aylıq isə 2 292 manat ödənilməlidir”.

Bu şərtlərdə isə heç orta təbəqə hesab olunan şəxslərin də mənzil alması imkansız görünür. Çünki mənzilin qiymətinin tam yarısı ilkin ödəniş olaraq alınır. Aylıq ödəniş də kifayət qədər yüksəkdir. Amma əvvəlki nümunə ilə müqayisədə 1 kvadratmetrin qiyməti təxminən yarıbayarı ucuz olur. Aylıq əməkhaqqı ilə yaşayan, normal biznesi olmayan şəxslərin bu şərtlərlə mənzil almaq imkanı heç üfüqdə də görünmür.

“Melissa Park” Yaşayış Kompleksi nin şərtləri isə fantastikadır. 43,2 kv.m olan təmirsiz mənzilin bir kvadratmetiri 3200 manata başa gəlir. Normal məntiqlə buna heyrət etməmək mümkün deyil. Rəqəmləri yazırıq, özünüz hesablayın:

“20 yanvar m/s yaxınlığında, H.Zərdabi 3166 ünvanında yerləşən “Melissa Park” layihəsində tikintisi davam edən binada sahəsi 43,2 kv.m olan təmirsiz mənzilin 20 illik ipoteka ilə ilkin ödənişi 6 310 manat, aylıq ödənişi 548 manat təşkil edir”.

“Jasmine Park” SARAY kompleksində isə təmirsiz mənzillər üçün ilkin ödəniş 8 min manatdır:

“Evlər Saray qəsəbəsində Sumqayıtın girişinə, körpüyə çatmamış solda yerləşir, 503 (Bakı-Saray-Sumqayıt), 523 (Xırdalan-Saray-Sumqayıt),  539(Binə t/m-Saray-Sumqayıt) saylı marşrutlar önündən keçir. Təmirsiz 55.12 kv/m mənzil 20 illik ipoteka şərtləri ilə verilir. İlkin cəmi 8000 AZN, aylıq isə 290 AZN ödəməklə Saray layihəmizdə tək şəxsiyyət vəsiqəsi ilə mənzil sahibi olmaq mümkündür”.

“Mahal Construction” tikinti şirkəti ikiotaqlı mənzillər üçün ilkin 37 min manat ödəniş tələb edildiyini diqqətə çatdırıb:

“Yasamalda ikiotaqlı mənzillərin qiyməti 95-125 min manat arası dəyişir. Evi kreditlə alacaq olsanız, 30 faiz ilkin ödəniş ödəyirsiniz ki, bu zaman 1 kvadrat-metr 1 300 manatdan hesablanır və 37 min manat təşkil edir. Aylıq ödəniş isə 3 600 manatdır. Kredit 24 ay üçün nəzərdə tutulub”.

İndi gələk Məzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələrinə. Bu sistemdə, ümumilikdə, “Güzəştli mənzil”lər mövcuddur. Məsələn, Yasamal Yaşayış Kompleksində vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 

1 otaqlı mənzillərin qiyməti 29 925, 2 otaqlı 47 282, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda isə müddət 3-30 il arası dəyişir və ilkin ödəniş ümumi məbləğin 10 faizini təşkil edir. Burada illik faiz dərəcəsi 4 faizdir, aylıq ödəniş isə 1 otaqlı mənzillərdə 129-136, 2 otaqlı mənzillərdə 203-236, 3 otaqlı mənzillərdə isə 282-288 manatdır.

Biz bu yazıda rəqəmləri təqdim etdik, bəzi hallarda şərh də verdik.

Ümumi belə bir nəticə çıxarmaq olar ki, əgər əhalinin mənzil almaq imkanı yoxdursa, o zaman şəhərdə tikilən yüzlərlə yeni binalardan mənzilləri kimlər alır?

 

Həmin binalara kənardan baxmaqla sualın cavabını tapmaq mümkündür. O binalardakı mənzillərin böyük əksəriyyəti boşdur. Sahibləri var, amma yaşayış yoxdur. Ölkədə mövcud olan pulların 70-80 faizini əlində cəmləyən məmur-oliqarxların yüzlərlə belə binalarda mənzilləri var. Alıblar, qara gün üçün saxlayırlar. 

Bizim kimi gözünü aylıq maaşa dikənlər isə mənzilə sahib olmaq üçün günlərinin bir hissəsini bax belə araşdırma aparmaqla uyğun variant tapmağa çalışır. Ümidsiz və çarəsizcə...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin