İnvestisiya portfelinin 30 faizi Avropanın payına düşür - Neft Fondu
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 30 iyun tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Fonddan Valyuta.az-a verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 60,87%, inkişaf etməkdə olan ölkələr üzrə – 19,64%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6,42% təşkil edib.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,07%), Cənubi Amerika (0,04%), Avropa (30,45%), Yaxın Şərq (1,36%), Avstraliya / Yeni Zelandiya (1,16%) və Asiya / Sakit Okean (21,43%) daxildir.
Qeyd edək ki, 2021-ci ilin 30 iyun tarixinə ARDNF-in investisiya portfeli 44 104,65 mln. dollara bərabər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay