BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
16095

Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət monitorinq qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar. Lakin, qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Bu günə qədər 1 200-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Maarifləndirmə tədbirləri başlayandan bu günə qədər monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 26-da keçirilən növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyən olunmuş qayda pozuntuları aşkarlanıb. Bunlara şənlik məclisləri barədə məlumatın müvafiq portalda əvvəlcədən (tədbirə 5 gün qalmış) qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalaraq immunitetə malik olması haqqında, avqustun 1-ə tam vaksinasiya tələbi qoyulduğu halda, hələ də birinci dozanın vurulması haqqında vaksinasiya sertifikatının olmaması, toyların bir neçə zala bölünərək təşkiil edilməsi yolu ilə dəvət olunanlarının sayının artırılması, zallardakı stolların sıx düzülüşü və s. aiddir.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və həll edilə bilən nöqsanlar aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları qaydalara uyğun toy təşkil olunan yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirilməlidir. 

Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkaralanarsa həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının ən azı birinci doza üzrə vaksin qeydləri və ya immun sənədlərinə malik olması şərtdir. Tədbirlərdə qonaqların say məhdudiyyəti faktoru mütləq nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

May ayında rekordaxil investisiya: "Bitcoin" yeni təhlükəsiz limandırmı?

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Kəlbəcərə ilk köç olacaq

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Robotexnika startapı güclənir - "Nvidia" və "Samsung" sərmayə yatıracaq

Azərbaycanın şampun aldığı əsas ölkələr

Azərbaycanın şampun aldığı əsas ölkələr

Bu ayaqqabıya verəcəyiniz pul ayağınızı yerdən kəsə bilər - 28 milyonadır

Bank "BTB”də yeni təyinat

Daşınmaz əmlakla bağlı YENİLİK

Kriptovalyuta ilə ödəniş edən turistlərin sayı artır

Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq

“Apple” bu funksiyanı yenilədi - Uşaqlar icazəsiz yeni nömrəyə mesaj göndərə bilməyəcək

Avtobus zolaqlarında maşınlara minib-düşmək olacaq

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin