BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
16013
Azərbaycanda məmurlar acgözlükdə evin tualetinə qızıl unitaz qoymuş rus korrupsionerlərindən geri qalmırlar...

 

Stavropol Yol Polis şöbəsinin direktoru, korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun evində axtarışda üzə çıxan faktlar çoxlarını təəccübləndirib.  Belə  ki,  rüşvət ittihamı ilə  nəzarətdə  olan Safanovun evinin içərisi qızıl işləmələrlə tamamilə örtülüb. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstürlər qeydə alınıb. Evin tualetində isə qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Evin pilləkənləri mərmərdəndir, qapılar əllə işlənib. Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş “QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkin həbs edilib. Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır.

Azərbaycanda da məmurlar acgözlükdə Rusiyadakı həmkarlarından geri qalmırlar. Yəhudilərin “pul yeyən doymaz” atalar sözü bizim məmurların həyat devizidir. Ümumiyyətlə, pulla bağlı məsələlərdə məmurlarımız yəhudi düşüncə tərzinə çox yaxındırlar. Fərq ondadır ki, məmurlarımız öz pullarını deyil, xalqın cibindən oğurladıqlarını artırmaqla, bizneslərini genişləndirib şaxələndirməklə məşğuldurlar. Oğurladıqca iştahlanır, oğurlayırlar...

Ümumdünya axtarış sistemi Google-də “məmur mülk siyahı” sözlərini yazıb daxil etmək kifayətdir ki,  Stavropolda korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun bizim məmurların yanında “balaca oğru” olmasını görəsən. Biz də elə bu şəkildə axtardıq, 3 sözü daxil etməklə böyük oğurluqların xəritəsinə vaqif olduq.

2005-ci ilin oktyabrında Fərhad Əliyev həbs edilən günlərdə səhiyyə naziri Əli İnsanov da qandallanmışdı. Onun nazir olduğu günlərdə sahibləndiyi mal-mülkün dəyərinə Aleksey Safanov Stavropolda deyil, paytaxtı Moskvada 10 daha dəbdəbəli, qızıl-platinlə işlənmiş, əl işi olan qapı-bacalı imarətlər qura bilərdi. 

Xalq 10 “şirvan”la günü-günə calamaqla ayı başa vurduğu illərdə İnsanov varidat siyahısını babat genişləndirə bilmişdi. Və bütün bunlar neft pulları ölkəyə sel kimi axmağa başladığı 2005-ci ilə qədər baş vermişdi. İstintaq materiallarında yer alan siyahı belə idi:

Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika İnstitutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7 kvadratmetr qeyri-yaşayış sahəsi.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi.

Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospekti 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi.

Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri-yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

523 adda qızıl-zinət əşyaları, Lüksemburq Hersoqluğunun “Bank de Lüxeburq” kommersiya bankında hesab.

2021-ci ilin aprelində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadənin varidat siyahısı isə Əli İnsanovun varidatını kölgədə qoyur.  Aleksey Safanov vaxtında Əhməd Əhmədzadənin oğlu Cuma ilə tanış olsaydı, yəqin ki, mal-mülkləri ilə bunca qürrələnib yaxasını istintaqçıların əlinə verməzdi.

15 il Azərbaycanın su təsərrüfatına rəhbərlik etmiş, əli neft dollarlarına da çatan Əhməd Əhmədzadə bu illər ərzində özünə böyük, nataraz bir biznes qurub. Oğlu Cumanın adına olan biznesin flaqmanı “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Bu şirkət Cuma və Günelin Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

Əhməd Əhmədzadənin sərvətlərinin siyahısını təqdim edirik:

Villa və mənzillər

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci  mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikanə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

Hotellər və restoranlar:

Qaxda “El Resort” hotel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” hotel kompleksi,

“Ulu Dag” hoteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Novbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı

Yerli şirkətləri və  obyektləri:

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“Uluyurd” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş” MMC şirkəti;

“Elit-R1" MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

Xaricdə olan şirkətləri:

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “Gyunel Limited” şirkəti

İngiltərədə “Globally LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur

Vəzifədə olan yaxin  qohumlarinin bir hissəsinin adi:

Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Rəşad Əhmədzadə polis orqanlarında bölmə rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi.

7 il İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Vilyam Hacıyev belə Aleksey Safanovu təəccübləndirəcək qədər varidat sahibidir. 

62 yaşlı Vilyam Hacıyev 15 ildən çox icra başçısı olub. Həmin müddətin 7 ilini İmişlidə başçı vəzifəsində keçirib. Bu illər ərzində babat da mal-mülk yığa bilib.

Siyahıya baxaq:

Bakıda, Həsən Əliyev küçəsində villa

Bakı, “Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

Dubayda milyonluq biznesi

Qazaxıstanda tikinti biznesi

İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb.

Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

Az 10 PP 369 dövlət nömrə nişanlı “Bentley”

Eyni nömrə nişanlı “Land Rover”

Az 90 AA 369 dövlət nömrə nişanlı “Mercedes S class”

Həmçinin son model “Mercedes Gelandewagen”.

Siyahını, qeyd etdiyimiz kimi, bəs deyincə artırmaq da olar. Aleksey Safanovun həbsdə olduğu bu günlərdə Azərbaycanda onun varidatlarına, dəbdəbəli imarətlərinə, bahalı maşınlarına qibtə edə biləcəyi xeyli korrupsioner məmur azadlıqda, kefdə-damaqdadır. Dünya bu qədər haqsızdır.../Musavat.com/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin