BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
15937

Əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsində tətbiq olunan limitlərlə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. 

Valyuta.az xəbər verir ki, mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edir.

"Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilməsinə icazə verilir" - deyə M.Almasov qeyd edib.

Onun sözlərinə görə, maddədən göründüyü kimi, vergi ödəyici hətta ƏDV ödəyicisi olduqda belə ƏDV-nin əvəzləşdirilməsində limitlər tətbiq edilir:

"ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə “AA” MMC tərəfindən “BB” MMC-dən 2020-ci ilin yanvar ayında 118.000 manat (ƏDV daxil) dəyərində mallar alınıb və həmin dövrdə ödəniş edilməyib. Daha sonra həmin mallar “CC” MMC-yə 150.000 manata satılıb. 2021-ci il yanvar ayının 1-də“AA” MMC ƏDV ödəyicisi kimi qeydiyyata alınıb və keçən il aldığı malın ƏDV-sini əvəzləşdirməyə qərar verib".

- Burada hansı məqamlar nəzərə alınmalıdır?

1. ƏDV qeydiyyatına qədər olan əməliyyatlar

Alınmış elektron qaimə üzrə malların dəyəri – 100.000 + 18% = 118.000 manat;
satış dəyəri – 150.000 manat.

Malları satan “AA” MMC ƏDV ödəyicisi olmadığı üçün 150.000 manat satış dəyərini ƏDV-yə cəlb etmir. Bununla yanaşı, onun həmin malların alışı zamanı yaranmış ƏDV məbləğini əvəzləşdirmək hüququ olmur.

2. ƏDV qeydiyyatından sonrakı əməliyyatlar

 

Misallar çəkən mütəxəssis bildirir ki, satılmış malların dəyəri 118.000 manat (100.000 + 18%) 2021-ci ilin yanvar ayında Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq “AA” MMC tərəfindən “BB” MMC-yə ödənilir:

"Əgər mümkün olsaydı, 2021-ci ilin yanvar ayında “AA” MMC ödəniş etdiyi ƏDV məbləğini (18.000 manat) büdcədən geri istəyəcəkdi.

Vergi ödəyicisinin ƏDV ödəyici olmadığı dövrdə, yəni mal, iş və xidmətlərin təqdim edilməsini ƏDV-yə cəlb etmədiyi dövrdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirməsi Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərini pozur. Çünki faktiki olaraq ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə sahibkarlıq fəaliyyətində satışa ƏDV tətbiq edilməyib. Ona görə də satışa ƏDV tətbiq etmədiyi dövr ərzində alınan malların ƏDV-si əvəzləşdirilə bilməz".

M.Almasov qeyd edib ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, ƏDV - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir:

"Yuxarıda qeyd etdiyimiz misalda verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan ƏDV məbləği olsa da, vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləği mövcud deyildir. Əvəzləşdirmə mümkün olmuş olsaydı, bu əməliyyat Vergi Məcəlləsinin 153-cü maddəsi ilə ziddiyyət təşkil edəcəkdi.

Vergi Məcəlləsinin istinad etdiyimiz hər iki maddəsinə (175.2 və 153) əsasən deyə bilərik ki, vergi ödəyicisinin ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı tarixdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirilməsi mümkün deyildir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin