BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
15936

Elektrikli skuter istehsalı ilə məşğul olan Kanadanın "Daymak" şirkəti 2023-cü ilədək şarj edilərkən kriptovalyuta mayninq edə bilən "Spiritus" adlı özünü idarə edən elektrikli avtomobil istehsal etmək niyyətindədir.

Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Wired" nəşri yazıb.

İstehsalçı şirkət mayninq prosesini mümkün qədər sadələşdirmək üçün xüsusi proqram hazırlayır. Kriptin hasilatı üçün lazım olacaq elektrik enerjisini elektromobilin damındakı günəş panelləri təmin edəcək.

Şirkətin baş direktoru aldo Bayoççi (Aldo Baiocchi) qeyd edib ki, elektromobil buraxılana qədər kriptovalyuta məşhur bir ödəmə vasitəsinə çevriləcək: 

"Elektromobil istehsal olunanadək hər kəs ödənişi kriptovalyuta ilə edəcək və biz elektromobilləri məhz bunu nəzərə alaraq istehsal edirik".

Şirkətin məlumatına görə, "Spiritus" üzrə öncədən edilən sifarişlərin həcmi artıq 350 mln. ABŞ dollarını keçib. Eyni zamanda, sözügedən elektromobili "Bitcoin", "Etherium" və "Dogecoin" kimi kriptovalyutalarla almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Unibank"ın mənfəəti 12.5 mln. azaldı - Hesabat

Rubl, avro və lirədə artım müşahidə olunur

Bitcoin və altcoinlərin qiymətində azalma davam edir

Ən çox qızıl ehtiyatı olan 10 ölkə

Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoydu

Zənginlərin bürcləri: Uğurun astroloji sirləri - SƏHƏR OXUSU

Zənginlərin bürcləri: Uğurun astroloji sirləri - SƏHƏR OXUSU

"UBS"nin baş direktorunun 2024-cü il maaşı bəlli oldu

80 yaşı keçənlər istefaya göndəriləcək - Baffetin yeni qanunu

2025-ci ildə yaşamaq və işləmək üçün dünyanın ən yaxşı 5 ölkəsi

Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

Yeni strategiya nələri dəyişəcək?

Yer qabığını 11 km qazacaq "Meng Şianq"

Trampın səyahət qadağası üçün nəzərdən keçirdiyi 41 ölkə - Siyahı

Şahbuz işıqlanacaq - Yüz minlərlə vəsait ayrıldı

Azərbaycanda tələbələrə verilən təqaüdlər və məbləği – 66-dan-400 manata qədər

2025-ci ildə dünyanın ən yaxşı qastronomik şəhərləri - Siyahı

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - Hesabat

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - Hesabat

Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı

İlk 60 Dəqiqə: Yeni günə daha məhsuldar başlamağın yolları - SƏHƏR OXUSU

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan

İş saatları nə vaxt dəyişdiriləcək?

"Starbucks" 50 mln. dollar təzminat ödəyəcək - Məhkəmə qərarı

"Vitta Elmi-Texniki" MMC DSX-dən növbəti milyonluq sifarişini aldı

2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Neft, dollar və borclar: Yaxın Şərq qlobal ticarət müharibəsindən nə qədər təsirlənəcək?

Agentlik sədrinə yeni müavinlər təyin edildi

Salyan rayonunda milyon yarımlıq abadlıq işləri görüləcək

Bayram günlərində yağış yağacaq, temperatur 10-15 dərəcə enəcək

"A-Qroup Sığorta"nın gəlirlərində 4 milyonluq azalma - Hesabat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin