
Agentlik tabeliyindəki şirkətə verdiyi faizsiz borcun məbləğini açıqladı
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2020-ci ili 5 milyon 223 min 947 manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə cüzi azdır. Agentlik 2019-cu ili 5 milyon 339 min 699 manat xalis mənfəət ilə bağlamışdı. Ötən ilin xalis mənfəəti daxil MİDA-nın bölüşdürülməmiş xalis mənfəəti 13 milyon 578 min 474 manata çatıb.
Bu barədə Valyuta.az MİDA-nın hesabatına istinadən xəbər verir.
Belə ki, MİDA 2020-ci ildə 2 milyon 100 min manat dövlət yardımı alıb. 2019-cu ildə MİDA 1 milyon 500 min manat dövlət yardımı almışdı. Qurum 2020-ci ildə 10 milyon 76 min 601 manat maliyyə gəlirləri də əldə edib (2019-da 7 milyon 719 min 623 manat ).
31 Dekabr 2020-ci il tarixində MİDA-nın borc qiymətli kağızlara (istiqrazlara) investisiyaları 109 milyon 891 min 301 manat təşkil edib. 2019-cu il ərzində Agentlik "MİDA” MMC tərəfindən buraxılmış 110 milyon dəyərində korporativ istiqrazları satın almaqla borc qiymətli kağızlara investisiya qoyub.
Ötən il 12 milyon 176 min 601 manat cəmi gəlirlərə qarşı MİDA-nın cəmi xərcləri 6 milyon 952 min 654 manat təşkil edib. 2019-cu ildə MİDA-nın cəmi gəlirləri 9 milyon 219 min 623 manat, cəmi xərcləri 3 miylon 879 min 924 manat təşkil etmişdi. Ötən il xərclərin artmasına maliyyə aktivlərinin ədalətli dəyəri üzrə 3 milyon 246 min 995 manat xalis zərər səbəb olub.
31 Dekabr 2020-ci il tarixində MİDA 361 milyon 606 min 967 manat cəmi aktivlərə malik olub (2019-un sonunda 205 milyon 434 min 494 manat idi ). Aktivlərin artmasına əsasən MİDA tərəfindən qısa müddətə verilmiş borc səbəb olub.
2020-ci ildə Agentlik tərəfindən “MİDA” MMC-yə 110 milyon manat məbləğində faizsiz borc verilib. Bu borc FVTPL kateqoriyasına (Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə aid olunan) təsnifləşdirilmiş və 3 milyon 246 min 995 AZN məbləğində zərər il üzrə mənfəət və ya zərərdə qeydə alınıb.
100 milyon manat nizamanmə kapitalaına malik olan MİDA-ya 2020-ci ildə dövlət büdcəsindən 168 milyon manat ayrılıb və dövlət büdcəsindən cəmi ayırma 230 milyon 497 min 471 manata çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay