
15.07.2021 / 15:00
Azərbaycanda milli antiplagiat xidməti yaradılır - YENİLİK
15671
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir.
Valyuta.Az bildirir ki, İnstitutdan "APA-Economics"ə verilən məlumata görə, görülən işlər çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib.
Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və hazırda İnstitutda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay