BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
15520

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Qusar rayonunda 12,5 km uzunluğunda, 4 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı şəkildə yenidən qurması yekunlaşır.

Valyuta.az bildiri ki, bu barədə "Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan torpaq əsaslı və çınqıl örtüklü olan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti normalarına və standartlarına uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdr.

Təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

 

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də icra olunub.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işlərinin 75 min kv.metr sahədə aparılır. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol çiyinlərinin bərkidilməsi işləri də həyata keçirilir.

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə icra olunur.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin