BAKU Azərbaycan
15.4°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
15512

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Qeyd edək ki, Azərbaycanda vaksin vurdurmaq könüllü olsa da, artıq bir neçə ölkədə bu proses daha da sürətli aparılması üçün məcburi hala gətirilib.

 

Maraqlıdır, Azərbaycanda da peyvəndlənmə məcburi ola bilərmi?

 

Valyuta.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev Azərbaycanda vaksinasiya prosesinin məcburi xarakater dayışa biləcəyi barədə mümkün ehtimalları Modern.az-la bölüşüb.

Onun sözlərinə görə, xarakterindən asılı olaraq, peyvəndlənməyən şəxslərin işdən azad olunması mümkündür:

“Azərbaycanda vətəndaşı peyvənd olunmağa məcbur etməyəcəklər. Sadəcə, işin xarakterindən asılı olaraq bəzi yerlərdə ola bilər ki, peyvəndlənməyən şəxslər işdən azad olunsunlar. Məsələn,  tibb, təhsil - bir sözlə, vətəndaşlarla ünsiyyətdə olan sahə işçilərinin vaksinasiyası vacibdir. Həmin sahə işçiləri şüurlu şəkildə bunu başa düşməlidir. Həm özlərini, həm də vətəndaşları qorumaq üçün vaksin vurdurmalıdılar”.

Deputat deyib ki, ilin sonuna kimi vaksinasiya prosesini sürətli davam etdirsək, məhdudiyyətlərə ehtiyac olmayacaq:

“Ola bilər Azərbaycanda vaksinasiya prosesinin daha da sürətli aparılması üçün bir sıra məhdudiyyətlər tətbiq olunsun. Amma hələ ki bizdə vaksinasiya prosesi normal davam edir. Hesab edirəm ki, bu ilin sonuna qədər vaksinasiya prosesini belə uğurlu davam etdirsək, məhdudiyyətlərə və məcburiyyətlərə ehtiyac qalmaz.

Amma monitoriq aparılsa və ya Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi sahələrdə vaksinasiyanın aparılmasına mütləq qaydada qərar versə, bunu məqbul hesab etmək olar. Çünki dünya təcrübəsi bunu göstərir ki, vaksinasiya olunmayan şəxslər həm özləri, həm də ətrafdakılar üçün təhlükə mənbəyi kimi qalır”.

Azərbaycanda əhalinin vaksinasiyası 2021-ci il yanvar ayının ortalarından başlayıb.

Hazırda ölkəmizdə Çin istehsalı olan “Sinovac” (və ya “Koronavac”), Rusiya istehsalı olan “Sputnik V”, Britaniya və İsveçrənin birgə istehsalı olan “AstraZeneca”, ABŞ və Almaniyanın birgə istehsalı olan “Pfizer” vaksinlərindən istifadə edilir.

Rəsmi məlumata görə, dünənə kimi Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin