İqtisadiyyat
13.07.2021 / 12:15
Çin və Rusiya arasında ticarətin həcmi 30%-dək artıb
15496
Bu ilin ilk yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 28,2% artaraq 63,075 mlrd. ABŞ dollarına çatıb. İyun ayında ölkələr arasındakı ticarətin həcmi 12,2 mlrd. dollar təşkil edib.
Valyuta.az-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.
Məlumata görə, Rusiyaya ixrac ilin ilk yarısında 38,4% artaraq təxminən 28,9 mlrd. dollar təşkil edib. Rusiyadan idxal isə 20,6% artaraq 34,1 mlrd. dollara çatıb. 2020-ci ilin sonunda iki ölkə arasındakı ticarət həcmi illik nisbətdə 2,9% azalaraq 107,7 mlrd. dollar təşkil etmişdi.
Xatırladaq ki, son 20 ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 13 dəfə artaraq 104 mlrd. dollara çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay