
13.07.2021 / 11:47
“Güzəştli mənzil” sistemi üzrə ipoteka kreditlərinin məbləği açıqlandı (FOTO)
15492
Hövsan yaşayış kompleksində yerləşən 2 962 mənzildən 2 569-u rəsmiləşdirilib.
Bu barədə Valyuta.az-a Mənzil İnşaat Dövlət Agentliyindən məlumat verilib.
Ümumi mənzillərdən 1 391-i “Güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i isə dövlət sifarişi əsasında satışa çıxarılıb.
“Güzəştli mənzil” sistemi üzərindən mənzillərin 1 271-i ipoteka krediti hesabına, 120-si isə vətəndaşların öz hesabına rəsmiləşdirilib.
İpoteka krediti ilə “Güzəştli mənzil” sistemi üzərindən satışa çıxarılan 1 271 mənzil üzrə altı agent bank tərəfindən ümumilikdə 53,29 mln. manat dəyərində ipoteka krediti verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay