BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
15410

Yay ayı olduğu üçün Bakıda bina evlərinin kirayəsinə tələbat xeyli azalıb. Bu isə qiymətlərə təsir edib. Cəmi bir neçə ay əvvəl yüksək olan  kirayə qiymətləri indi 150 manata qədər enib.

Evlərin kirayə qiymətləri harada neçəyədir? 

 

Valyuta.az Xəzərxəbər.az-a istinadən paytaxtda bina evlərinin aylıq kirayə qiymətləri xeyli düşüb. Əvvəlki vaxtlarla müqayisədə qiymətlər 20 faizə qədər azalıb. Turist axınının hələ ki tam bərpa olunmaması, insanların yay aylarında daha çox bağ evlərinə və bölgələrə köçmələri, o cümlədən tələbələrin olmaması qiymətələ təsir edən əsas amillərdəndir.

Əmlak eksperti Nofəl Quliyev bildirir ki, ən ucuz kirayə evləri mərkəzdən kənar sayılan Binəqədi, Sabunçu və Suraxanı rayonlarındadır. Bu ərazilərdə indiki vaxtda hətta 150 manata da kirayə ev tapmaq mümkündür.

Şəhərin Nərimanov və Xətai rayonlarında isə qiymətlər digər ərazilərlə müqayisədə yüksək olsa da, ümumiyyətlə kirayə qiymətlərində ucuzlaşma var. Burada isə birotaqlı əşyalı evlərin kiaryə qiymətləri 280-300 manatdan başlayır. 

Hazırda ən bahalı kirayə evlər Səbail və Nəsimi rayonları ərazisindədir. Xüsusilə dənizə yaxın olan birotaqlı bina evlərinin kirayə qiymətləri 450-500 manatdan başlayır. 

Ekpert bildirir ki, qiymətlərdə enmənin sentyabra qədər davam edəcəyi gözlənir. O, tövsiyə edir ki, xüsusilə uzun müddət Bakıda qalmağı planlaşdıranlar, notarial qaydada 1 illik və ya daha uzun müddətə kirayə müqaviləsi bağlayaraq indiki qiymətlərə ev seçsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin