Rafael Cəbrayılov özünü təqsirli bilmir - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun məhkəməsi keçirilib.
Valyuta.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkəmədə prokuror çıxış edərək sabiq deputatın ittihamlarını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.
İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay