BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
15264

Özünü Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi kimi təqdim edərək MİDA-dan ev almaq vədi ilə insanları aldadaraq dələduzluq edən 24 yaşlı Nərgiz Əliyevaya (şərti) ikinci dəfə hökm oxunub.

Valyuta.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, 1997-ci il təvəllüdlü N.Əliyeva ötən ilin noyabr ayında elə dələduzluğa görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Məhkəmədə ifadə verən Nərgiz Əliyeva bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində oxuyan zaman qrup yoldaşı Fəridənin bacısı Aynur ona müəllimlərindən biri, Milli Məclisin deputatı Jalə Əliyeva haqqında danışıb: 

“Mənə deputatın nömrəsini də vermişdi. Deyirdi ki, Jalə xanım çox mehriban biridir və tələbələrə kömək edir. Mən də fikirləşdim ki, o, kömək etmək məqsədilə məni yanında işə götürər. Feysbukda özümə “Nazrinka A-va” adlı hesab açdım və iş yerimə “Milli Məclis” olaraq qeyd etdim. Bundan sonra tanışlar mənə yazdı və onlara Jalə Əliyevanın köməkçisi olduğumu dedim.

Yasamal rayonunda yerləşən MİDA-da özümə ev almaq istəyirdim. Orada işləyən bir nəfər mənə qanunsuz yolla mənzil almağın mümkün olduğunu dedi. Amma maddi vəziyyətim pis olduğu üçün daha maraqlanmadım. Sonra Fərhad adlı şəxsə ev almaq üçün kömək edəcəyimi deyib ondan 7200 manat pul istədim”. 

N.Əliyeva bildirib ki, notariusda ondan 1000 manat beh alıb: 

“İkinci görüşdə isə o, mənə 6100 manat verdi. Bundan sonra narahat olmamağı və evi alacağımızı dedim. Vaxt uzandıqda Fərhad məndən səbəbini soruşdu və müharibəni bəhanə gətirərək sistemin işləmədiyini bildirdim. Bir dəfə də anam telefonu götürərək mənim koronavirusdan öldüyümü dedi. Sonra həmin şəxs polisə şikayət etdi”.

Nərgiz Əliyeva 2020-ci ilin noyabrın 18-də Nərimanov rayon məhkəməsinin hökmü ilə dələduzluğa görə 2 il 6 ay həbs cəzası alıb və məhkəmə zalında qandallanıb. Sonradan Fərhadın da şikayəti barədə məlumat daxil olub.

O, məhkəmədə deputat Jalə Əliyevanı şəxsən tanımadığını, yalnız televizorda gördüyünü bildirib.

Məhkəmədə zərərçəkmiş qismində çıxış edən Fərhad Həsənov Nərgizi feysbuk vasitəsilə tanıdığını və ona ev almaq üçün müraciət etdiyini bildirib:

“MİDA-nın səhifəsində şərh bölümünə hansı şərtlərlə ev ala biləcəyimi yazmışdım. “Nazrinka A-va” adlı hesab mənə bunun mümkün olacağını dedi. Daha sonra danışdıq və ona 7200 manat pul verdim.

Sonra o xanım mənə bir nömrə verib Jalə xanımın köməkçisi “Nurlana” olduğunu və onunla hər şeyi danışa biləcəyimi dedi. Onunla da danışdıq və sən demə Nərgiz mənə öz nömrəsini verib başqa adla danışırmış.

Pulu iki hissədə “Nazrinka A-va”ya notariusda verdim. O, məsələnin 10 gün içində həll olacağını dedi, amma belə olmadı. Nəticədə mən polisə müraciət etdim. Nərgiz mənə həmin pulun cəmi 1500 manatını qaytarıb”.

Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə Nərgiz Əliyevanın cəzaları birləşdirilərək yekun olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin