BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
15215

Füzuli rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Füzuli rayon İcra Hakimiyyətinə  130 min 777 manat dəyərində mal-material satacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.

Məlum olan yalnız odur ki, “Mantı LM Group” MMC bir ay əvvəl keçirilən tenderin nəticəsinə görə Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.

Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 26.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl - 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqli ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.

Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardır:

Şirkətin adı

VÖENİ-i

Hüquqi ünvanı

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"MANTI LM GROUP"

1505345531

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

27 Yanvar 2021

"MADAGAR RF"

1306982751
 

YASAMAL RAYONU, ALATAVA 1 ev.145

2 manat

27 Yanvar 2021

"SEMRA SNG"

1405407581
 

NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4.

2 manat

27 Yanvar 2021

"LALENDE FM GROUP"

2006559021

XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4

2 manat

27 Yanvar 2021

"NGN GROUP"

1006848981
 

BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2.

2 manat

28 Yanvar 2021

Diqqət çəkən başqa bir məqam isə bundan ibarətdir ki, Rzaquliyev İrşad Elham oğlu 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlamaqda təqsirli bilinərək saxlanılıb. 

Açıqlanan rəsmi məlumatda qeyd olunub ki, Rzaquliyev İrşad Elham oğlu Babayev Qəşəm Əliqəmən oğluna məxsus avtomobili Yəhya Bakuvi küçəsi 5 ünvanında oğurlayıb. Rzaquliyev İrşad Elham oğlu avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. 

Onun üzərində narkotik maddə sayılan kakos aşkar edilib. 

Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb. Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisindəki maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitə də əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün daha əvvəl Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman  Sadıqovla əlaqı saxlasaq da, qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirib. 

Onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda da qısa müddət ərzində bir neçə şirkət qeydiyyata alınıb:

 

Şirkətin adı

Qanuni Təmsilçisi

Hüquqi ünvanı

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"MANTI LM GROUP"

Rzaquliyev İrşad Elham

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

27 Yanvar 2021

"KODAG"

Vəliyev Şahin Nazim
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

1 Dekabr 2020

"NOEL MK"

Məmmədov Coşqun Mayıl
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

2 Dekabr 2020

"ZEFER 2020"

Məmmədov Coşqun Mayıl
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

4 Dekabr 2020

"LAÇIN ZƏFƏR"

Dadaşov Tural Balaqardaş
 

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

7 Dekabr 2020

"LİMPART 2021"

Salmanov Elvin Süleyman

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

14 Dekabr 2020

"ADOBE"

Zeynalov Mehman Mürsəl

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

14 Dekabr 2020

"ŞUŞA HOLDİNG LMN"

Qurbanov Vüqar Süleyman

NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8

2 manat

11 Yanvar 2021

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin