BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
15194

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə sabah növbəti məhkəmə prosesi keçiriləcək. 

Valyuta.az-ın Hit.az-a istinadən verdiyi məlumata görə, sabahkı prosesdə zərərçəkənlər ifadə edəcək. Eyni zamanda, onların şikayətlərini geri götürüb-götürməmək istədikləri soruşulacaq. Adının çəkilməsini istəməyən zərərçəkənlərdən biri açıqlamasında bildirib ki, onlar şikayətlərini geri götürmək niyyətində deyillər: 

“Biz sona qədər mübarizəmizi davam etdirəcəyik. Rafael Cəbrayılov neçə ildir ki, bizi yollarda qoyub. O bizdən qəpik-quruş almayıb ki, şikayətimizi geri götürəcək. Külli miqdarda pulumuzu mənimsəyib. Biz o pulları borc götürüb Rafael Cəbrayılova vermişik. Ona görə də pulları qaytarmağı tələb edirik və edəcəyik”. 

Əldə etdiyimiz başqa bir məlumata görə, ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat iddia edib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib. 

Rafael Cəbrayılov həmçinin bildirib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb. 

“Rafael Cəbrayılov dedi ki, onların əmlakı olmayıb.  Onun sözlərinə görə, guya onları ev-eşik və var-dövlət sahibi edən özü olub. İndi o, həmin əmlakları geri tələb edir. Deyir ki, qaytarsınlar, satıb borclu olduğum şəxslərin pulunu verim”, - deyə mənbə bildirib. 

Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb.

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin