BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
15171

Şənlik mərasimlərinin karantin rejiminin tələblərinə uyğun keçirilməsi nəzarətdə saxlanılır.

İqtisadiyyat Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. 

Bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən müntəzəm olaraq monitorinqlər keçirilir. Bunun üçün Daxili İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət monitorinq qrupları təşkil olunub.

Monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydalara əməl olunmaması hallarının qarşısıı alır. Monitorinqlər zamanı şənlik mərasimlərinn keçirildiyi məkanlarda tələblərin ciddi pozulması müəyyən edilməyib, rast gəlinən bəzi hallar isə yerindəcə aradan qaldırılıb.

Qeyd edək ki, monitorinqlər zamanı yeni ailə quranlara hədiyyələr təqdim olunur, müvafiq qaydalar şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılır.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha şənlik mərasimlərini təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə çatdırır ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalar və şərtlərə əməl edilməli, dövlət qurumlarının sanitariya-gigiyena və karantin rejimlərinə nəzarət üzrə monitorinq qruplarının fəaliyyətinə şərait yaradılmalıdır. Monitorinq qruplarının məqsədi müvafiq qaydalara əməl edilməsinə, şənlik mərasimində iştirak edən şəxslərin sağlamlıqlarının qorunması üçün müvafiq mühitin yaradılmasına nəzarətin təmin edilməsidir.

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar:

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu

Prezident İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidentini qəbul edib

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir®

Gürcüstanın xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Sənubər Nəzərova departament rəhbəri təyin edildi

"Microsoft" bu tarixdən ofis proqramları üçün dəstəyini dayandırır

Əhali "Azərbaycan Sənaye Bankı"ndan 17 milyondan çox depoziti geri çəkib

Mərkəzi Bankının baş direktoru Agentliyə sədr təyin olundu

Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Elmlər Akademiyası mühafizə xidmətinə yarım milyon ayırıb

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin