BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
15131

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq “Azərnerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu yaradılması və respublikanın enerji strukturuna inteqrasiyası istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb”.

Valyuta.az APA-ya istinadən məlumat verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov bildirib.

Onun sözlərinə görə, Qarabağ enerji strategiyası öz-özlüyündə hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur: “Qarabağ regionunda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Bu yarımstansiyaların hər biri 2x40 ml gücündədir və genişlənməyə açıq şəbəkədir. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün Ağdam rayonunun işğaldan kənar ərazisində yerləşən Xındırıstan yarımstansiyasına 110 kilovoltluq, 40 km uzunluğunda xətt çəkilir. Bu xətt Ağdam-1 yarımstansiyasına, daha sonra isə Ağdam-2 yarımstansiyasına girir. Ümumiyyətlə, Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək. Bundan əlavə, digər rayonlarda da - Cəbrayıl, Zəngilan, Qubadlıda 110 kilovoltluq yarımstansiyaların tikintisi davam edir. Bildiyiniz kimi, Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açıldı, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Bundan əlavə, “Azərenerji” ASC tərəfindən kiçik SES-lərin bərpası istiqamətində də işlər davam edir. Ölkə başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində Güləbird SES-i misal göstərə bilərik. Bundan əlavə, Suqovuşan-1, Suqovuşan-2 kiçik su elektrik stansiyaları da istismara hazır vəziyyətə gətirilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin